Üç generala sui-qəsd cəhdi: FSB hərəkətə keçdi

Rusiya Federal Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyinin 3 yüksək vəzifəli hərbçisinə qarşı terakt planlaşdıran şəxsi saxladığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Rusiya FTX-nin Mətbuat Xidməti yayıb.

Saxlanılan şəxsin Ukrayna hərbi kəşfiyyatı tərəfindən təsir dairəsinə salındığı vurğulanıb. FTX teraktı hazırladığı iddia etdiyi şəxsin 1994-cü il təvəllüdlü rusiyalı olduğunu bildirib. Onun kuryer xidməti vasitəsilə 3 böyük güclü bombanı Müdafiə Nazirliyinin əməkdaşlarına göndərdiyi qeyd edilib.

Ələ keçirilən şəxsin Ukrayna hərbi kəşfiyyatı tərəfindən 2024-cü ildə təsir dairəsinə salındığını etiraf etdiyi vurğulanıb.

Əliyar Xəlil
Globalinfo.az