Türkiyəyə yardım aparan maşınlar Vətənə qayıdır – Video

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə humanitar yardım aparmış Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı nəqliyyat vasitələrindən ibarət ikinci avtomobil karvanı Bakı şəhərinə yola düşüb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Tərkibinə 7 ədəd avtomobilin daxil olduğu karvan bu gün səhər saatlarında Qəhrəmanmaraş şəhərindən yola düşüb.