Türkiyənin terrorçulara qarşı son əməliyyatı: yüzlərlə ölü

Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında davam edən “Pənçə-Qılınc” antiterror əməliyyatı zamanı 471 hədəf atəşə tutulub, 254 terrorçu məhv edilib.

Globalinfo.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Qeyd edək ki, noyabrın 20-də Türkiyə ordusu Suriya və İraqın şimalında yeni antiterror əməliyyatına başlamışdı.