“Monakoda ukraynalı oliqarx Vadim Yermolayevə qarşı törədilən sui-qəsd işi üzrə İnterpolun axtardığı Anastasiya Berezovskayanın qətlində yeni detal üzə çıxıb. Bu qətldə şübhəli bilinən Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) əməkdaşı saxlanılıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi Telegram kanalında məlumat yayıb.
Bildirilib ki, iş üzrə saxlanılan şəxslərdən birinin ifadələri əsasında keçirilən istintaq eksperimenti zamanı Berezovskayanın baş nahiyəsindən güllələnmiş meyiti, eləcə də hadisə yerində tapança gilizləri aşkar edilib.
İstintaqın məlumatına əsasən, Berezovskaya iyulun 1-də Ukraynaya gəlib. O, keçmiş hüquq-mühafizə orqanı əməkdaşı və hazırda GUR-da çalışan bir əməkdaşla əlaqədə olub.
Hazırkı GUR əməkdaşı ifadəsində Berezovskayanı digər şübhəli ilə birlikdə öldürdüyünü etiraf edib.
Araşdırma zamanı müəyyən edilib ki, hər iki şübhəli əvvəllər Berezovskayanın bank hesablarına kriptovalyuta vasitəsilə pul köçürüb.
Keçmiş hüquq-mühafizə orqanı əməkdaşının evində aparılan axtarış zamanı isə işgəncə otağını xatırladan zirzəmi aşkar olunub.
Qeyd edək ki, ukraynalı oliqarxa qarşı terror aktında şübhəli bilinən Anastasiya Berezovskayanın meyiti iyulun 7-də tapılıb.
Əliyar Xəlil
Globalinfo.az