1776959056 17769582424023063580 1200x630 4

“Ermənistanda nümayiş keçirən daşnak qruplaşmasının Türkiyə bayrağını yandırması qəbuledilməzdir”.

Bunu Globalinfo.az-a danışan türkiyəli siyasətçi, Demokratik Sol Partiyasının (DSP) keçmiş lideri, sabiq iqtisadiyyat naziri Masum Türker deyib.

M. Türker bayrağı yandıranları şiddətlə qınayıb. Bildirib ki, Ermənistan hakimiyyəti bununla bağlı tədbir görməli və bayrağı yandıranları və nümayiş aksiyasına görə məsuliyyət daşıyanları cəzalandırmalıdır:

“Ermənistanda Türkiyəyə qarşı tarixi təhrif edən nümayişlərin və şüarların artmasının əsas səbəblərindən biri, bəzilərinin son illərdə Türkiyə ilə Azərbaycan arasında artan birliyin güclənməsini qəbul edə bilməməsidir. Mərhum Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsinin praktik nəticələrindən qorxaraq, TürkiyəAzərbaycan dostluğuna xələl gətirmək üçün hər vəchlə nifaq salmağa çalışırlar”.

1776959056 1776958242603549733 1200x630 1

Masum Türker

Türk siyasətçinin sözlərinə görə, bu nifaq toxumlarından biri də Türkiyə bayrağının yandırılmasıdır:

“Xüsusilə müdafiə sektorunda TürkiyəAzərbaycan münasibətlərinin inkişafından narahat olanlar Ermənistan dövlətinin də bu əməkdaşlığı qəbul etməsinə mane olmaq üçün sonuncu üsul kimi Türkiyə bayrağını yandırmağa əl atıblar. Heç kim AzərbaycanTürkiyə arasındakı birliyi poza bilməz. Buna cəhd edənlər lazımi cavabı alacaqlar. Amma əvvəlcə Ermənistan hakimiyyəti Türkiyə bayrağını yandıranları və bu nümayişi təşkil edənləri cəzalandırmalıdır”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: