hakan fidan 10

Rusiya Prezidenti Vladimir Putin müəyyən şərtlər altında atəşkəsi və hərtərəfli sülh razılaşmasını qəbul etməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Bu məsələ Ukrayna tərəfinə də çatdırılıb və biz də bunun bəzi aspektlərinə cəlb olunuruq. Müharibə Rusiyaya da çox ciddi xərclər yaradır”, – deyə nazir bildirib.

Fransa Prezidenti Emmanuel Makronun Fransadan, Böyük Britaniyadan və ya Türkiyədən Ukraynaya “qoruma qüvvəsi” göndərilə biləcəyi barədə açıqlamasına münasibət bildirən Fidan belə deyib:

NATO qüvvələri, NATO-ya aid olmayan beynəlxalq müşahidəçi qüvvələrdən fərqlidir. Hazırda müzakirə edilən ən vacib məsələ, 5-ci maddəyə bənzər şəkildə ABŞ-ın Ukraynaya verəcəyi təhlükəsizlik zəmanətidir. Bundan əlavə, Ukrayna ordusunun imkanları kimi başqa amillər də mövcuddur. Avropa ölkələri haqlı olaraq bildirirlər ki, suveren bir dövlət bu məsələyə özü qərar verməlidir. Rusiya isə bu məsələni öz təhlükəsizlik təminatının bir hissəsi kimi görür”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: