turk

Parlamentlərarası Birliyin 152-ci Assambleyası zamanı Ermənistan parlamentinin sədri Alen Simonyan Türkiyə Böyük Millət Məclisinin rəhbəri Numan Kurtulmuşla görüş keçirib.

Globalinfo.az xəbər verir ki, Alen Simonyan Kurtulmuşun Gürcüstan Parlamentinin sədri ilə görüşündə səsləndirdiyi təklifdən məmnunluğunu ifadə edib.

Belə ki, Numan Kurtulmuş Ermənistanın TürkiyəGürcüstanAzərbaycan formatına daxil edilməsi təklifini irəli sürüb. Bunun regionda sülh və sabitliyi təşviq edəcəyini bildirib.

Tərəflər həmçinin bu təşəbbüsün həyata keçirilməsi ilə bağlı digər detalları da müzakirə ediblər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: