Navalnının cənazəsi anasına verildi

Aleksey Navalnının cəsədi anasına təhvil verilib.

Globalinfo.az xəbər verir ki, bunu Navalnının mətbuat katibi Kira Yarmış bildirib.

“Lyudmila İvanovna hələ də Salexard rayonundadır. Dəfn mərasiminin vaxtı təyin edilməyib. Ailənin istədiyi və Alekseyin layiq olduğu kimi dəfnə icazə verilib-verilməyəcəyini bilmirik”, – Yarmış vurğulayıb.

Qeyd edək ki, 47 yaşlı Rusiyalı müxalifətçi Aleksey Navalnı fevralın 16-da saxlanılıdığı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb.

Əliyar Xəlil
Globalinfo.az