1676745298 zelzeleee

Türkiyədə zəlzələdə həlak olanların sayı 46 min 104-ə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz zəlzələlər nəticəsində 46 104 vətəndaşımızı itirmişik. Fevralın 6-da baş verən ilk zəlzələdən bəri biz – hökumət, bütün idarələr təcili səfərbər olmuşuq”, –  deyə o, bəyan edib.

Dövlət başçısı qeyd edib ki, zəlzələ bölgəsində 230 min bina yararsız hala gəlib.

Paylaş: