Türkiyədə zəlzələdə ölənlərin sayı 48 mini ötdü – YENİLƏNDİ

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 48 minə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

Hazırda bu rəqəm 47 932 nəfər təşkil edir.

***16:00

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 47 min nəfəri keçib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət zamanı 115 mindən çox insan yaralanıb.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntıya və on minlərlə insan itkisinə səbəb olub.