Türkiyədə terror cəhdi: qırğız və tacik saxlanıldı – VİDEO

Türkiyədə İŞİD adından terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Globalinfo.az xəbər verir ki, təhlükəsizlik qüvvələri silahlıların Türkiyədə terror aktı törətməyi planlaşdırdıqlarını bildiriblər.

Onlardan jandarm forması, polis jileti və papaq, avtomobil üçün radio, habelə təlimatları olan elektron avadanlıq aşkar edilib.

Tacikistan vətəndaşı 37 yaşlı Fazilcon A. və Qırğızıstan vətəndaşı 41 yaşlı Zülfiyyə S. məhkəmə qarşısına çıxarılıblar. Sonuncu artıq ölkədən deportasiya edilib.

Məlum olub ki, Fazilcon İŞİD üzvüdür. O, terrorçular arasında “Əbu İsmayıl” kimi tanınır. Kəşfiyyat xidmətləri onun planlaşdırılan terror aktının təşkilatçısı və əlaqələndiricisi olduğunu bildiriblər.