WhatsApp Image 2026 06 09 at 10.37.30

“Türk dünyasında rəqəmsal bankçılığın inkişafı son illərdə əhəmiyyətli dərəcədə sürətlənib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində Türkiyə Banklar Birliyinin Baş katibi Nurullah Bakır danışıb.

O bildirib ki, qlobal iqtisadiyyatdakı dəyişikliklər, yeni texnologiyaların tətbiqi, biznes modellərinin yenilənməsi və müştəri gözləntilərinin transformasiyası maliyyə sektorunun fəaliyyət prinsiplərinə ciddi təsir göstərir:

“Rəqəmsallaşma prosesinin dərinləşməsi ilə paralel olaraq rəqəmsal xidmət kanallarından istifadə də sürətlə artır. Rəqəmsal bankçılıq artıq ənənəvi xidmətlərə alternativ vasitə olmaqdan çıxaraq bank sektorunun əsas fəaliyyət modelinə çevrilib. Bu tendensiya statistik göstəricilərdə də aydın görünür. Türkiyədə aktiv rəqəmsal bankçılıq istifadəçilərinin sayı 2019-cu ildə 51 milyon nəfər civarında idisə, hazırda 129 milyonu keçib. Bu, 100 faizdən çox artım deməkdir”.

N.Bakırın sözlərinə görə, eyni dövrdə mobil bankçılıq xidmətlərindən istifadə daha sürətlə, təxminən 200 faiz artıb.

Ləman İmran
Globalinfo.az

Paylaş: