Türkiyədə restoranda partlayış: 7 ölü, 4 yaralı – Saxlanılan var / YENİLƏNDİ

Türkiyənin Aydın vilayətində restoranda baş verən partlayışda şübhəli bilinərək saxlanılanlar var.

Globalinfo.az xəbər verir ki, bölgənin Nazilli rayon polisi tərəfindən hadisə ilə əlaqədar beş nəfər saxlanılıb.

Qeyd edək ki, restoranda baş verən partlayışda 7 nəfər həyatını itirib. Biri ağır olmaqla, dörd yaralı xəstəxanalara çatdırılıb.

***

19:21

Türkiyənin Aydın şəhərində restoranda baş verən partlayışda şübhəli bilinən bir nəfər saxlanılıb.

Bu barədə Türkiyənin ədliyyə naziri tviter hesabında bildirib.

***

18:10

Türkiyənin Aydın bölgəsində restoranlardan birində partlayış olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Bildirilib ki, partlayış nəticəsində 7 nəfər ölüb, 4-ü yaralanıb.

Hadisənin hansı şəraitdə baş verdiyi barədə məlumat verilməyib.