Türkiyədə hərbçilər qəzaya düşdü: ölənlər var

Türkiyədə hərbçi və qaçqınları daşıyan avtobus qəzaya düşüb.

Globalinfo.az APA-ya istinadən xəbərinə görə, Qaziantepdən Ədirnəyə hərəkət edən avtobus Tarsus-Pozantı şosesində yük avtomobili ilə toqquşub.

Nəticədə 3 nəfər ölüb, 37 nəfər xəsarət alıb. Qəzadan sonra avtobus yanmağa başlayıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğın qısa zamanda söndürülüb.