Türkiyədə helikopterin xəstəxana binasına çırpılması nəticəsində dörd nəfər həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 2 pilot, 1 həkim və 1 personal vəfat edib.
***11:47
Türkiyədə helikopter Tədris və Araşdırma Xəstəxanasının binasına çırpılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.
Hadisə Muğla şəhərində qeydə alınıb.
Xəstəxana binasına çırpılan helikopter boş əraziyə yerə düşüb.
Xəbər yenilənir…