Türkiyədə şiddətli zəlzələ: dağıntı və tələfat var – YENİLƏNİB

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2-yə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 68 nəfər yaralıdır: “Düzce, Sakarya və Boluda tədris dayandırılıb”.

***12:37

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb.

Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin şəxs aparıldığı xəstəxanada dünyasını dəyişib.

***11:32

Türkiyənin Düzce rayonunda zəlzələ zamanı xəsarət alanların sayı 50-yə çatıb.

Globalinfo.az bildirir ki, bu barədə NTV məlumat yayıb.

***09:59

Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.

Globalinfo.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib ki, zəlzələdə ölən olmayıb: “Bu, ən böyük təsəllimizdir”.

O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan mövcud durumla yaxından izləyir: “Bəzi yerlərdə elektrik enerjisi kəsilib, amma tədricən bərpa edilir. Gün ərzində bu məsələ həllini tapacaq.

Zəlzələdən sonra 70-dən çox afterşoklar qeydə alınıb. Müxtəlif qurumlar, o cümlədən Qızıl Aypara Cəmiyyəti vətəndaşlarımıza kömək edir, dəstək olurlar”.

Nazirin sözlərinə görə, əraziyə xilasedicilər cəlb edilib: “Zəlzələ bir çox regionda hiss edilib”.

Düzce valisi Cevdat Atay bəzi ərazilərdə, o cümlədən Düzcede və Boluda məktəblərdə tədrisin dayandırıldığını bildirib.

Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın sözlərin görə isə vətəndaşlara dəstək olmaq üçün bölgəyə 10 psixososial qrup göndərilib.

***09:33

Türkiyədə baş verən güclü zəlzələdə insan tələfatı qeydə alınmayıb.

Globalinfo.az bildirir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca tvitter hesabında məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 22 nəfər xəsarət alıb.

Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Həmin şəxs hündürlükdən tullanıb.

Bəzi ərazilərdə qismən dağıntıların olduğu bildirilib.

X X X

Türkiyənin Düzce rayonunda yerli vaxtla saat 04:09 radələrində 5,9 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az bildirir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerin 6,81 kilometr dərinliyində baş verib.

Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub.

Türkiyənin Düzce rayonunda baş verən güclü zəlzələdə 22 nəfər yaralanıb - YENİLƏNİB - FOTO Türkiyənin Düzce rayonunda baş verən güclü zəlzələdə 22 nəfər yaralanıb - YENİLƏNİB - FOTO Türkiyənin Düzce rayonunda baş verən güclü zəlzələdə 22 nəfər yaralanıb - YENİLƏNİB - FOTO Türkiyənin Düzce rayonunda baş verən güclü zəlzələdə 22 nəfər yaralanıb - YENİLƏNİB - FOTO Türkiyənin Düzce rayonunda baş verən güclü zəlzələdə 22 nəfər yaralanıb - YENİLƏNİB - FOTO Türkiyənin Düzce rayonunda baş verən güclü zəlzələdə 22 nəfər yaralanıb - YENİLƏNİB - FOTO