Türkiyədə erməni xilasedicilərin oğurluq etməsi faktı TƏSDİQLƏNDİ – VİDEO

Ermənilər bir daha dünyaya öz xislətlərini, əsl simalarını nümayiş etdirərək, Türkiyəyə zəlzələdən zərər çəkənlərə kömək adı altında soyğunçuluqla məşğul olublar.

Globalinfo.az xəbər verir ki, aparıcı Turan İbrahimov “Getty images” portalının foto repartyoru Əziz Kərimovun bu faktı təsdiqlədiyi videogörüntünü paylaşıb.

Əziz Kərimov türk vətəndaşına istinadən hadisənin təfərrüatını danışıb:

“Erməni xilasedicisi evə girib orada olan şəxslərin sağ olub-olmamasını araşdırıb və evdən çıxarkən dəyərli əşyalardan (zinyət əşyaları – bilərzik və s.) götürüb. Məlum olduğu kimi, orada da həmin mənzillərdə yaşayan insanlar olur. Belə ki, əşya erməni xilasedicinin cibindən düşdükdə oradakı bina sakinləri görüblər və bundan sonra araşdırıb, zinyət əşyalarını əllərindən alıb “.

Videonu təqdim edirik:

 

Gülnar Səlimova

Globalinfo.az