Türkiyədə dəhşətli zəlzələ: ölənlərin sayı 5894 nəfərə çatıb – YENİLƏNİB/VİDEO

Türkiyədə zəlzələdə ölənlərin sayı 5894 nəfərə çatıb.

***22:42

Türkiyədə zəlzələ qurbanlarının sayı 5434 nəfərə çatıb, 31 700 nəfər xəsarət alıb.

***21:05

Türkiyədə zəlzələ qurbanlarının sayı 4544 nəfərə çatıb, 26 min 725 nəfər xəsarət alıb.

***20:20

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 703-ə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 22 286 nəfər yaralanıb.

***15:53

Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı sayı artıb.

Globalinfo.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verərək son məlumata görə, 3 549 nəfərin həyatını itirdiyini, 22 168 nəfərin xəsarət aldığını söyləyib.

***13:52

Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı sayı artıb.

Globalinfo.az xəbər verir ki, son məlumata görə, 3432 nəfər həyatını itirib, 21 103 nəfər xəsarət alıb.

***12:40

Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı sayı artıb.

Globalinfo.az xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, son məlumata görə, 3419 nəfər həyatını itirib, 20 534 nəfər xəsarət alıb.

***10:40

Türkiyədə zəlzələdə ölən və yaralananların sayı artıb.

Globalinfo.az xəbər verir ki, AFAD-ın nümayəndəsi bildirib ki, 3 381 nəfər həyatını itirib.

Qeyd edilib ki, 20436 yaralı var. Zəlzələ nəticəsində 5775 bina dağılıb, 11302 bina ciddi zədələnib.

***06:30

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artıb.

Globalinfo.az xəbər verir ki, bu barədə AFAD rəhbəri Yunus Sezer məlumat verib.

Son məlumatlara görə, 2921 nəfər ölüb, yaralananlar isə 15 834 nəfərdir.

Dağıntıya məruz qalmış bina sayı isə 6217-dir.

***01:42

Türkiyədə zəlzələdə ölənlərin sayı 2379 nəfərə çatıb. Yaralıların sayı 14483 nəfərdir.

***00:25

Türkiyədə zəlzələdə ölənlərin sayı 2316 nəfərə çatıb. Yaralıların sayı 13293 nəfərdir.

***23:22

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.Bildirilib ki, təbii fəlakət nəticəsində ölənlərin sayı sayı 1762 nəfərdir.

Yaralı sayı isə 12 068 nəfər qeydə alınıb.

Dağılan binaların sayı 5606 olub.

***22:02

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

Zəlzələ nəticəsində həyatını itirənlərin sayı 1651 nəfərə çatıb.

Qeyd olunub ki, 11 119 nəfər yaralı var.

***19:55

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

Globalinfo.az xəbər verir ki, hazırda brifinq keçirən Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, zəlzələ nəticəsində həyatını itirənlərin sayı 1541 nəfərə çatıb.

Xəsarət alanların sayı isə 9 733 nəfər təşkil edir.

Zərər dəyən bina sayı isə 3 471-dir.

***19:12

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8 533-ə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***18:10

Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb. 

Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ nəticəsində 7634 nəfər yaralanıb, 2834 bina dağılıb.

***16:10

Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb. 

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

Türkiyədə zəlzələdə 912 nəfər həyatını itirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, yaralıların sayı 5 385 nəfər təşkil edir.

***11:03

Globalinfo.az xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuad Oktay zəlzələ nəticəsində ölənlərin sayının 284-ə çatdığını açıqlayıb.

Bundan başqa, 2323 nəfər yaralanıb, 1710 bina dağılıb.

***

Türkiyədə Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***08:40

Bazar ertəsi Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 51 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bunu təbii fəlakətdən zərər çəkmiş Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərinin valilərinin məlumatları sübut edir.

***08:05

Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.

Bölgədə 140 dağılmış bina var.

***

Türkiyənin Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Yaralananların sayı 30-dur.

***
Türkiyənin Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 6.98 km dərinlikdə şəhərin Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə 05:26-da baş verib.

Məlumata görə, bölgədə təkrar təkanlar davam edir.

Zəlzələ nəticəsində ölənlərin olduğu bildirilir.