68ee5419b5573

Türkiyədə bir yeniyetmə “WhatsApp” üzərindən yaydığı təhdid mesajlarına görə saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, hadisə Zonguldak şəhərində baş verib:

“Lisey şagirdi məktəbə hücum edəcəyi ilə bağlı mesajlar göndərib. Bu isə həm şagirdlər, həm də valideynlər arasında ciddi narahatlıq yaradıb. Hüquq-mühafizə orqanları məlumat daxil olduqdan sonra dərhal hərəkətə keçərək araşdırma aparıb və 17 yaşlı gənci saxlayıb. Axtarış zamanı onun yaşadığı evdən tapança üçün nəzərdə tutulmuş 6 ədəd boş patron aşkarlanıb.

Yeniyetmə ifadəsində bildirib ki, patronları xatirə kimi kənddən gətirib, mesajları isə zarafat məqsədilə paylaşıb. Araşdırma zamanı həmçinin məlum olub ki, o, daha əvvəl sinifdə pirotexniki vasitə partlatdığına görə başqa bir məktəbdən uzaqlaşdırılıb”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: