Rəsmi Ankara digər ölkələrin hərbi gəmilərinin Türkiyənin ərazi sularına və limanlarına yaxınlaşmasına dair məlumat verməsi barədə xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, sözügedən məlumat ölkəyə məxsus dəniz sahillərindən beş dəniz milindən çox olmayan məsafədə radio ilə verilməlidir.
Xarici hərbi gəmilər Türkiyə ərazi sularında olarkən yerli hakimiyyət orqanlarının icazəsi olmadan göyərtəsində təyyarə, helikopter və pilotsuz uçuş aparatlarından istifadə edə bilməz.
Həmçinin o da vurğulanıb ki, bənzər tələb dalğıclara da aiddir.