Türkiyə və Yunanıstan arasında gizli görüş keçirildi

Brüsseldə Almaniyanın Avropa Birliyindəki Nümayəndəliyinin ofisində Yunanıstanla Türkiyə arasında gizli görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Yunanıstan mətbuatı yayıb.

Məlumata görə, Yunanıstan tərəfdən görüşə baş nazirin diplomatik ofisinin direktoru Anna Mariya Bura, Türkiyə tərəfdən isə prezidentin köməkçisi İbrahim Qalın qatılıb. Görüşdə həmçinin Almaniya kanslerinin müşaviri Yens Pletner də iştirak edib.

Tərəflər arasında əsas müzakirə mövzusu ikitərəfli münasibətlərin yenilənməsi olub.

Gülnar Səlimova
Globalinfo.az