Azərbaycan dünyanın gedişatını dəyişdi – Paşinyan

“Ümid edirik ki, seçkilərdən sonra da Türkiyə ilə münasibətlərin normallaşması prosesini davam etdirə biləcəyik. Bu, bizim gündəmimizdəki ən vacib məsələlərdən biridir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Paşinyan II Qarabağ müharibəsinin qlobal vəziyyəti dəyişdiyini bildirib:

“Qlobal dünyada qeyri-müəyyən bir dövrdə yaşayırıq. Bugünkü beynəlxalq siyasətin bir nömrəli tərifi qeyri-müəyyənlikdir. Çünki ən güclü liderlərdən belə bir neçə ay sonra dünyanın necə olacağını soruşsanız, cavab verə bilməyəcəklər. Dünya çox sürətlə dəyişir və bu dəyişiklik 2020-ci ildə 44 günlük müharibə ilə başladı”.

Ayşən Mustafa
Globalinfo.az