264269

“Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri Belarus Silahlı Qüvvələrinin hərbçilərinə təlim keçəcəklər.

Globalinfo.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, döyüşçülərin yerləşməsindən sonra əsas diqqət döyüş fəaliyyətlərinin aparılması üsullarının öyrənilməsinə ayrılacaq.

“Onlar silahlardan danışacaqlar: hansı yaxşı çalışdı, hansı yox. Həmçinin taktika, silahlanma, hücum və müdafiədən bəhs edəcəklər”, – məlumatda vurğulanıb.

Tamerlan Yayaqan
Globalinfo.az 

Paylaş: