
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Ajapnayak ərazisində gəzintiyə çıxıb.
Globalinfo.az xəbər verir ki, Paşinyanı görən vətəndaşların davranışları diqqət çəkib.
Bir qadın küçədə Paşinyanı görən kimi qəzəblənib və “Mənə toxunma, millətimə toxunma”, – deyə qışqırıb.
Başqa bir yaşlı qadın onun düz yanından keçib və baş naziri görməzdən gəlib. Paşinyan bir mağaza girib və salamlaşıb, lakin heç kim salamını almayıb.
Görüntüləri təqdim edirik:
Əliyar Xəlil
Globalinfo.az