Erməni KİV: Azərbaycan Ordusu bu əraziyə nəzarəti ələ keçirdi – YENİLƏNDİ

Xankəndidəki separatçıların “hərbi mənbələri” Azərbaycan Ordusunun Şuşa-Turşsu istiqamətində irəlilədiyini iddia ediblər.

*** 17:33

Azərbaycan Ordusu Qarabağda yeni mövqelərə nəzarəti ələ keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası və Teleqram kanalları məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi erməni separatçılarının silah daşıdığı torpaq yolda nəzarət tədbirləri həyata keçirdiyini açıqlayıb.