İran Prezidenti Məsud Pezeşkian Moskvaya səfəri zamanı Rusiya və Qaz İxrac Edən Ölkələr Forumu ilə enerji əməkdaşlığını gücləndirməyə ümid edir.
Globalinfo.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfirliyi TASS-a bildirib.
“İran İslam Respublikası üçün bu tədbirdə fəal və məqsədyönlü iştirak enerji diplomatiyasının gücləndirilməsinə, texniki və iqtisadi əməkdaşlığın inkişafına və qlobal qaz bazarında milli maraqların qorunmasına töhfə verə bilər”, – səfirliyin məlumatında qeyd olunur.
Xatırladaq ki, Məsud Pezeşkian gələn həftə Rusiyaya səfər edəcək və burada Prezident Vladimir Putinlə görüşəcək.
Əliyar Xəlil
Globalinfo.az