Türkiyə tarixində ilk dəfədir belə hadisə baş verir – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turunda səsvermədə iştirak edib.

Globalinfo.az xəbər verir ki, o, İstanbul Üsküdarda yerləşən Saffet Cebi adına məktəbdə səs verib.

R.T.Ərdoğan prezident seçkilərinin ikinci turu üzrə səs verdikdən sonra jurnalistlərə açıqlamasında bunları deyib:

“Türkiyə tarixində ilk dəfədir ki prezident seçkiləri ikinci tura qalıb. Seçicilərin fəallığı kifayət qədər yüksəkdir. Arxayınlaşmaq olmaz. Hər kəs səsisinə sahib çıxmalıdır”.