Türkiyə Mərkəzi Bankının sədri istefa verdi

Türkiyə Mərkəzi Bankının sədri Hafizə Qayə Ərkan (Hafize Qaye Erkan) vəzifəsindən istefa verib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, X platformasında yayımladığı müraciətində bildirib.

Qeyd edək ki, 1982-ci ildə İstanbulda anadan olan Erkan Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) sədri vəzifəsinə təyinat alan ilk qadın olub. O, 2023-cü ilin iyun ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə bu vəzifəyə təyin edilmişdi.