diyarbakir 12

Türkiyənin Diyarbəkir bölgəsinin meri Serra Bucak məşhur erməni müğənni Aram Tiqranın vəfatının 17-ci ildönümündə hökumətə müraciət edib. 

Globalinfo.az xəbər verir ki, o, Tiqranın qalıqlarının Diyarbəkirə gətirilib dəfn edilməsini istəyib.

Mer bildirib ki, bu, Tiqranın son arzusu idi. Bölgədə yaşayan bəzi kürdlər də merin çağırışına dəstək verib.

Qeyd edək ki, “Yaxın Şərqin bülbülü” adlandırılan Aram Tiqran 1934-cü ildə Suriyada anadan olub. O, 20 yaşından musiqi ilə məşğul olub, erməni, kürd, türk, ərəb, yunan dillərində mahnılar oxuyub. Əsasən erməni dilindən kürdcəyə, kürdcədən də ermənicəyə tərcümələrlə ifalar səsləndirib. Onun cəsədi Brüsseldə dəfn edilib. Türkiyə hökuməti Diyarbəkirdə dəfn olunmasına icazə verməyib, lakin yerli əhali onun üçün simvolik dəfn mərasimi keçirib, qəbir qazılıb. Məzarından götürülən torpaq Brüsseldəki qəbrinə aparılıb. 

ZZ06hVLE68Ryhp2Z

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: