Putinlə birgə Bakıya gəlmiş rusiyalılar üçün verilən ziyafətin menyusu yayılıb.
Globalinfo.az xəbər verir ki, menyunun fotosunu Rusiya Teleqram kanalları yayıb.
Belə ki, Bakıda rusiyalı qonaqlara qara kürü, kükü assorti, ləvəngi, qızardılmış badımcandan salat, ayranaşı, qızardılmış düşbərə, ət və göy qutabı, dolma, təndirdə quzu çevirmə və milli şirniyyatlar təqdim edilib.
İçki kimi isə Savalan və Meysəri yerli şərablar təklif olunub.