
Suriya Milli Ordusunun nəzarətində olan Bab və Cerablus şəhərlərində keçirilən əməliyyat nəticəsində terrorçular saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Türkiyə DİN-in təşkil etdiyi əməliyyat zamanı İŞİD terror təşkilatının 13, PKK-nın isə 5 üzvü saxlanılıb. Onların üzərində partlayıcı maddələr, müxtəlif silah-sursat aşkarlanıb.
Terrorçuların təxribata hazırlaşdıqları bildirilib.