Ağacın altında qaldı, xəstəxanada öldü

Oğuzda üzərinə ağac düşən 36 yaşlı kişi həyatını itirib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, üzərinə ağac aşan Oğuz rayon sakini, 1988-ci il təvəllüdlü Fuad Bayramov xəstəxanada vəfat edib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.