Ermənistan hökuməti Livanda yaranmış vəziyyətlə bağlı bu ölkəyə humanitar yardım göndərilməsi barədə qərar qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Qərara əsasən, Ermənistan–Türkiyə sərhədində yerləşən “Marqara” keçid məntəqəsi 12–22 iyun tarixlərində humanitar yüklərin daşınması üçün açıq olacaq.
Məlumata görə, yardım Livan əhalisinə, o cümlədən münaqişə və hücumlardan zərər çəkmiş erməni icmasının üzvlərinə də yönəldiləcək.
Qeyd edək ki, İsrail son günlər Livana aktiv şəkildə zərbələr endirir.
Safura Bənnayeva
Globalinfo.az