Türkiyədə Gümrü şəhərinə aparan dəmir yolu hissəsinin yenidən qurulmasına başlanılıb.
Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bunu Akyaka şəhərinin meri Erduger Toptaş deyib.
O bildirib ki, bərpa işləri təxminən iki-üç ay davam edəcək:
“Artıq tikinti işləri, o cümlədən Akyakadan Gümrüyə qədər dəmir yolu üçün torpaq döşənməsi işlərinin aparılması ilə bağlı tender elan olunub. Dəmir yolu infrastrukturunun bərpası hər iki ölkə üçün iqtisadi fayda gətirəcək və kənd təsərrüfatı ilə sənaye sahələrində əməkdaşlıq imkanları yaradacaq”.