“1990-cı ildə Türkiyə Silahlı Qüvvələri ilk dəfə “Sikorsky” S-70 helikopter alırlar. Bu zaman “Sikorski mühəndisləri türkləri S-70 modelinin loop hərəkətini ( çevrə üzrə tərsinə dönmək ) edə bilməyəcəyi barədə xəbərdarlıq edir. Türk pilotlar bunu edə biləcəkləri ilə bağlı iddia edirlər. İş böyüyür”.
Globalinfo.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev məlumat paylaşıb.
O qeyd edib ki, “Sikorsky” şirkəti və Türk Silahlı Qüvvələri komandanlığı bu manevrlə bağlı mərcə giriblər:
“Türk pilot Vecih İyügün adlı pilot 73101329 seriya nömrəsi olan helikopterə əyləşir və 5 min, 347 kilo ağırlığında olan S-70 modeli ilə “loop” hərəkətini yerinə yetirir. Bu sınağı izləyən “Sikorsky” mühəndisləri deməyə söz tapmır”.
Z. Əliyev qeyd edib ki, bu sınaq zamanı çəkilmiş şəkil daha sonra S-70 modelinin reklamlarında istifadə olunur.
“Bu helikopteri sonradan alan ölkələr bunu kimlərin və necə etdiyini soruşduqda isə məşhur bir deyim yaranır: “Necə etdiklərini biz də bilmirik . Tək bildiyimiz onlar Türkdür”