TRIPP

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, ErmənistanABŞ arasında TRIPP layihəsi üzrə yekun saziş yaxın həftələrdə imzalana bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Mirzoyan mətbuat konfransında açıqlama verib.

Nazirin sözlərinə görə, TRIPP üzrə son sənədin qəbulundan cəmi dörd ay sonra tərəflər memorandumdan daha yüksək statusa malik dövlətlərarası saziş hazırlamağa nail olublar.

“Artıq sənəd paraflanıb və əminəm ki, yaxın vaxtlarda imzalanacaq”, – deyə o bildirib.

Mirzoyan qeyd edib ki, sazişin mətni tam razılaşdırılıb və hazırda yalnız hər iki ölkədə texniki prosedurların tamamlanması qalır.

“İmzalanma vaxtı ilə bağlı konkret danışmaqdan çəkinmirəm. Bu, bir neçə həftənin məsələsidir”, – deyə nazir vurğulayıb.

O əlavə edib ki, bütün prosedurlar yekunlaşdıqdan sonra layihə üzrə praktiki işlərə başlanacağı gözlənilir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: