“ABŞ Prezidenti Donald Trampın Ukraynaya hərbi yardımı davam etdirmək qərarında Almaniya kansleri Fridrix Mertz mühüm rol oynayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan David Vadeful “Bild” nəşrinə müsahibəsində deyib.
“Bu, böyük ölçüdə kanslerin təşəbbüsünün nəticəsi idi. Fridrix Mertz ilk vaxtdan Ukraynanı dəstəklədiyini açıq şəkildə bəyan etdi”, – o bildirib.
Nazir kanslerin G7 sammiti və Ağ Ev danışıqları zamanı Kiyevə yardım məsələsini şəxsən qaldırdığını açıqlayıb:
“Mertz vurğuladı ki, indi ABŞ-a çox ehtiyacımız var. Kanslerin ABŞ prezidenti ilə belə konstruktiv əlaqələr qurmasına sevinirik. Almaniyanın səsi Vaşinqtonda yenidən eşidilməyə başladı”.
Qeyd edək ki, bundan əvvəl kansler Ukraynanın tezliklə uzaqmənzilli silahlar alacağını açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az