Zaxarovadan ironik müqayisə: “Zelenski onlara bənzəyir”

“Zelenski Ukraynanı dəhşətli sona aparır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, Ukrayna prezidentini öz xalqını məhv edən klassik narkobaronla müqayisə edib. Zelenskinin öz xalqını heç bir fərq qoymadan “öldürdüyünü” deyib.

“”Ukrayna layihəsi” adlanan bu Amerika trillerinin nə qədər dəhşətli və buna rəğmən məntiqli sonluğa vardığı göz önündədir. Narkobaronlardan bəhs edən klassik Amerika filmləri narkotik ticarəti və xaotik atışma görüntüləri ilə başa çatır. Nəticədə qanlı qırğınlarda məhz baronların öz adamları məhv olur. Zelenski bu rolu çox möhtəşəm “oynayır”. Ukrayna prezidenti sanki amerikalı aktyor və rejissor Şon Pennin bağışladığı “Oskar heykəlciyi” üzərində işləyir”, – deyə Zaxarova fikirlərini tamamlayıb.

Əliyar Xəlil
Globalinfo.az