Fransa Prezidenti Emmanuel Makron oktyabrın 24-də keçirilməsi gözlənilən etiraz aksiyalarını müzakirə etmək üçün cümə günü Müdafiə Şurasının iclasını keçirəcək.
Globalinfo.az xəbər verirBu barədə “Le Figaro” nəşri məlumat yayıb.
“Hazırlıqları lazımi səviyyədə aparmaq üçün mənim rəhbərliyimlə Müdafiə Şurasının iclası keçiriləcək və əlavə qərarlar qəbul edəcəyik”, – deyə Makron bildirib.
Qeyd edək ki, Fransada etirazlar sentyabrın sonunda təhsil sahəsindəki problemlərə görə yuxarı sinif şagirdlərinin nümayişləri ilə başlayıb və tədricən bütün ölkəyə yayılıb. Daha sonra nümayişçilər yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı da çıxış etməyə başlayıblar.
Oktyabrın 18-də Prezident Makron təcili müraciətlə çıxış edərək hökumətdən etirazların gələcəkdə təkrarlanmaması üçün tədbirlər görməyi tələb edib. O, iğtişaşlarda iştirak edənlərin cəzalandırılacağına və zərər çəkmiş sahibkarlara dəstək göstəriləcəyinə söz verib.
Makronun siyasi rəqibləri onun çıxışını “acınacaqlı” adlandırıb və ölkədəki sosial narazılığa görə məsuliyyəti prezidentin üzərinə qoyublar.
Əliyar Xəlil
Globalinfo.az