ABŞ Prezidenti Donald Tramp İranı noyabrda Konqresə keçiriləcək aralıq seçkilər ərəfəsində neftin qiymətini artırmağa çalışmaqda ittiham edib.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“İran ABŞ-da keçiriləcək aralıq seçkilərdən əvvəl neftin qiymətini qaldırmaq üçün əlindən gələni edir. Onlar hətta mövcud olmayan hücumlar, minalar və başqa məsələlər barədə məlumatlar uydururlar. Halbuki hazırda Hörmüz boğazından münaqişə başlamazdan əvvəlkindən də çox neft daşınır”, – deyə ABŞ lideri vurğulayıb.
Qeyd edək ki, ABŞ-da Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın üçdəbiri və Nümayəndələr Palatasının bütün üzvləri yenidən seçiləcək. Hazırda Konqresin hər iki palatasında Respublikaçılar Partiyası üstünlüyə malikdir.
Əliyar Xəlil