Britaniyada yaşayan 41 yaşlı qadın doğuşuna cəmi bir neçə saat qalmış hamilə olduğunu öyrənib.
Globalinfo.az xəbər verir ki, bu barədə “This Morning” məlumat yayıb.
Belə ki, Semmi Evans sentyabrın 14-də qarnında yaranan qəribə şişkinlikdən şikayət edərək həkimə müraciət edib.
Müayinə zamanı hamiləlik testi də aparılıb. İlk test mənfi nəticə versə də, həkim nəticədə zəif xətt görərək qadına testi evdə təkrarlamağı məsləhət görüb. İkinci test isə müsbət olub.
Qadın son aylarda menstruasiya görmədiyini, lakin bunu arıqlaması və yaşı ilə əlaqələndirdiyini bildirib.
Evans hamilə olduğunu öyrəndikdən sonra doğuşun hələ uzaqda olduğunu düşünüb. Lakin həmin gecə güclü qarın ağrısı ilə oyanıb və təcili tibbi yardım çağırıb. Məlum olub ki, onda doğuş sancıları başlayıb.
İlk övladını təcili keysəriyyə əməliyyatı ilə dünyaya gətirən qadın sancıları tanıya bilmədiyini deyib. Nəticədə o, sağlam oğlan uşağı dünyaya gətirib və körpəyə Noy adı verilib.
Evans hazırkı partnyoru, 38 yaşlı Triston Makkenendlə uşaq sahibi olmağı planlaşdırmadıqlarını bildirib.
Əliyar Xəlil
Globalinfo.az