Fransada oktyabrın 17-də baş verən iğtişaşlardan sonra saxlanılanların sayı 2 700 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Jerald Darmanen Paris yaxınlığındakı Fleury-Merogis penitensiar mərkəzində keçirilən brifinqdə məlumat verib.
Məlumata görə, saxlanılanlardan 217-si şənbə günündən etibarən həbsdədir.
Darmanen bildirib ki, həbs edilənlərin yarısının əvvəllər məhkumluğu olmayıb.
Nazir iğtişaşlarla bağlı görülən tədbirlərin son dərəcə sərt olduğunu vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az