owl detail 620 c59ae1d2a6437ed4bf9eccccb8e30eb4 1

Rusiya prezidenti Vladimir PutinABŞ lideri Donald Tramp Alyaskadakı görüşləri zamanı Ağ Evin limuzinində tərcüməçisiz olublar.

Golobalinfo.az xəbər verir ki, bu barədə “The New York Times”məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, bu məqam diqqətdən yayınmayıb, çünki rəsmi görüşlərdə adətən tərcüməçilər mütləq olur.

Mənbələr bildirir ki, Putin ingilis dilini kifayət qədər yaxşı bilir və bu dildə sərbəst ünsiyyət qura bilir.

Bundan əvvəl liderlər Ankoric hava limanında görüşərək əl sıxıblar və daha sonra Trampın korteji ilə danışıqlara yollanıblar. Tərcüməçisiz səmimi söhbət isə müşahidəçilər tərəfindən liderlərin qarşılıqlı etimadının göstəricisi kimi qiymətləndirilib.

Tahir Turan
Globalinfo.az

Paylaş: