ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp, artıq Ukraynada müharibəni 24 saata bitirəcəyi ilə bağlı planlarını xatırlatmır.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Financial Times” qəzeti çıxış edib.
Qəzetin mənbəsinin məlumatına görə, hazırda Trampın komandası güclü görünməyə çalışır. Ona görə də Rusiya-Ukrayna müharibəsinə yanaşmanı yenidən nəzərdən keçirmək istəyirlər.
Məqalədə bildirilir ki, hazırda Trampın komandası Kiyevə ABŞ-ın Avropadakı müttəfiqləri vasitəsilə dəstəyin davam etdirilməsini müzakirə edir.
Qeyd edək ki, bundan öncə D.Tramp Ukraynadakı müharibəni 6 aya bitirəcəyini açıqlamışdı. Onun bəyanatı Avropa İttifaqı ölkələrində narahatlığın artmasına səbəb olmuşdu.
Əliyar Xəlil
Globalinfo.az