tramppp

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Ankarada keçiriləcək  NATO sammitinə gedəcək. Onun harada qalacağı, təhlükəsizliyinin necə təmin olunacağı maraq doğurur. 

Globalinfo.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfəri zamanı qalacağı otel Ankaranın Çankaya rayonunun Söğütözü məhəlləsində, ABŞ-ın Ankaradakı səfirliyinə yaxın ərazidə yerləşir:

Prezident üçün ayrılan lüks süit 190 kvadratmetr sahəni əhatə edir. Burada yataq, qonaq və iş otağı var. Müasir və dəbdəbəli mebellərlə xüsusi dizaynda hazırlanmış interyer yüksək səviyyəli təhlükəsizlik tələblərinə uyğun şəkildə layihələndirilib.

ABŞ prezidentləri üçün tətbiq olunan xüsusi təhlükəsizlik prosedurları burada da qüvvədə olacaq. Tədbirlər çərçivəsində DNT nümunələrinin ələ keçirilməsinin qarşısını almaq məqsədilə xüsusi tualetdən istifadə, eləcə də özəl menyu əsasında hazırlanmış qida və içkilərin təqdim olunması nəzərdə tutulur”.

Qeyd olunub ki, ABŞ Məxfi Xidməti səfərdən bir neçə gün əvvəl təhlükəsizlik planını hazırlayıb:

“Donald Trampın qalacağı otağın bir üst və alt mərtəbəsi tamamilə boşaldılıb. Bundan əlavə, Prezident üçün ayrıca lift ayrılıb.

Otel müəyyən müddət ərzində yeni rezervasiyalar üçün bağlanıb. Girişlərdə rentgen (X-ray) cihazları və çoxpilləli təhlükəsizlik yoxlamaları tətbiq olunacaq. Ətraf binalarda isə snayper qrupları növbə çəkəcək”.

Məlumata görə, otelin Beştəpə Prezident Kompleksinə məsafəsi təxminən 3 kilometrdir:

“Donald Trampın kortejinin bu məsafəni 3-4 dəqiqəyə qət edəcəyi gözlənilir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: