ABŞ Prezidenti Donald Tramp Ankarada keçiriləcək 36-cı NATO Liderlər Zirvəsinə çoxsaylı nümayəndə heyəti ilə gələcək.
Globalinfo.az xəbər verir ki, Trampın heyətində təxminən 1000 nəfərin yer alacağı gözlənilir.
Nümayəndə heyətinin əhəmiyyətli hissəsi zirvədən əvvəl Ankaraya çatacaq.
İlk olaraq logistika və təhlükəsizlik üzrə qruplar burada hazırlıq işlərinə başlayacaqlar.
“Tramp NATO zirvəsinə Qətərin hədiyyə etdiyi, yeni “Boeing 747-8” təyyarəsi – “Air Force One” ilə gələcək. Təyyarə bu yaxınlarda ABŞ Hərbi Hava Qüvvələri tərəfindən prezident standartlarına uyğun şəkildə yenidən təchiz olunub.
Prezidentin təyyarədəki heyətinə Ağ Evin aparat rəhbərliyi, milli təhlükəsizlik müşaviri, mətbuat katibi, nitq yazan qrup, Gizli Xidmət əməkdaşları, eləcə də ABŞ-ın hava və dəniz qüvvələrinin şəxsi heyəti daxil olacaq”, – deyə Türkiyə mediasında yazılıb.
Qətərin Trampa hədiyyə etdiyi bu “Boeing 747-8” təyyarəsinin dəyərinin təxminən 500 milyon dollar olduğu bildirilir.
Donald Trump, Ankara‘daki zirveye yeni uçağı Air Force One ile gelecek.pic.twitter.com/UtRVx4YCkC
— Pusholder (@pusholder) July 2, 2026
Günel Cəlil
Globalinfo.az