tramppp

Çin sədri Si Cinpin ABŞ Prezidenti Donald Tramp apreldə Pekinə səfərə dəvət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

Ağ Ev rəhbərinin sözlərinə görə, o, bu dəvəti qəbul edib.

“Bunun müqabilində Si Cinpin bu ilin sonunda ABŞ-yə dövlət səfərində mənim qonağım olacaq”, – o əlavə edib.

Qeyd edək ki, noyabrın 24-də Çin və ABŞ liderləri arasında telefon danışığı olub. Liderlər Ukraynadakı mövcud vəziyyəti müzakirə ediblər.

Çi Çinpin bəyan edib ki, Çin münaqişə tərəfləri arasında böhranın əsas səbəblərini aradan qaldıran sürətli və ədalətli razılaşmaya ümid edir.

Paylaş: