Rusiyadan qorxmuruq, davam edirik… – Mişel

AB Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirəsinə cavab olaraq atacağı addımlardan qorxmur və onları ələ keçirmək üçün işlərini davam etdirəcək.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

“Biz Rusiyadan qorxmuruq və buna görə də Ukraynaya kömək etmək üçün çalışmağa davam edirik. Rusiya aktivlərindən əldə olunan mənfəət Ukrayna üçün istifadə ediləcək, çünki o, qurbandır”, – Mişel bildirib.