abs ordusu 8 900x600 1

ABŞ Prezidenti Donald Tramp administrasiyası Kubada hərbi gücdən istifadə imkanını nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri Ağ Evə yaxın mənbəyə istinadən məlumat yayıb.

Tramp administrasiyası Kubada hərbi variantların tətbiqini nəzərdən keçirir. Lakin əsas diqqət yenə də diplomatiyaya və xüsusilə iqtisadi sahədə dəyişikliklərə sövq etməyə yönəlib”, – məlumatda bildirilir.

Vaşinqton həm də Kubanın dövlət müəssisələrinin özəlləşdirilməsində israr edir. Bundan əlavə, Ağ Ev ada dövlətinin hakimiyyətini daha çox xarici investisiyalara imkan yaratmağa və yerli əhalinin ABŞ enerji resurslarını almasını təmin etməyə çağırır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: