Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş olub.
Globalinfo.az xəbər verir ki, görüş BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində baş tutub.
Tramp qeyd edib ki, Ukraynanın apardığı mübarizəyə böyük hörmətlə yanaşır.
“Rusiya iqtisadiyyatı hazırda bərbad vəziyyətdədir. Dağılmaq üzrədir. Ukrayna bu böyük ordunun qarşısını çox məharətlə alır”, – Tramp qeyd edib.
Jurnalistlərdən biri Ağ Ev rəhbərinə “Putinə hələ də güvənirsinizmi?” deyə sual ünvanlayıb.
Tramp isə cavab verib:
“Bir ay sonra sizə dəqiq cavab verərəm”.
Aysel Əliyeva
Globalinfo.az